Makron Ukrayna rəhbərliyinə qarşı tənqidi tamamilə əsassız hesab edir
sizinxeber.az xəbər saytı

Makron Ukrayna rəhbərliyinə qarşı tənqidi tamamilə əsassız hesab edir


ABŞ Prezidenti Donald Trampın narazılığı Ukraynanın deyil, yalnız Rusiyanın hərəkətləri ilə bağlı olmalıdır.

“Sizinxeber.az” Fransa mətbuatına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Madaqaskara səfəri çərçivəsində çıxışı zamanı bildirib.

"ABŞ qəzəbini yalnız bir şəxsə - Rusiya Prezidenti Putinə yönəltməlidir", - o söyləyib.

Fransa Prezidenti qeyd edib ki, Ukrayna nizamlanması ilə bağlı yalnız bir sual verilməlidir: "Prezident Putin heç bir şərt olmadan atəşkəsə razıdırmı?".

Krımdan danışan Makron deyib ki, yarımadanın statusu məsələsi hazırda gündəmdə deyil.

"Paris Ukrayna xalqının öz ərazisində və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində sülh içində yaşamaq hüququnu müdafiə etməyə davam edəcək", - o vurğulayıb.

Ötən gün Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi barədə bəyanatları Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışıqlara zərər verir.

Oxşar xəbərlər

Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb
Makron: Ukrayna probleminin tez və asan həlli yoxdur
Makron: Ukraynada sülh danışıqlarını yalnız Zelenski aparmalıdır
Putin: Makron kimilərinin arzusu reallaşmayacaq
Makron Trampın qayıdışı fonunda Avropanı "oyanmağa" çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər