Vatikan Papa Fransiskin ölümünün rəsmi səbəbini açıqlayıb
Papa Fransisk insult keçirib, komaya düşüb və ürəyi dayanıb.
"Report" Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə 88 yaşlı pontifikin ölümü ilə bağlı rəsmi tibbi hesabatda deyilir.
"17 dekabr 1936-cı ildə Buenos-Ayresdə (Argentina) anadan olmuş, Vatikanın sakini və vətəndaşı olan Fransisk (Xorxe Mario Berqoglio) həzrətləri 21 aprel 2025-ci il tarixində səhər saat 7:35-də Santa-Martadakı mənzilində beyin insultundan vəfat edib. Onda ikitərəfli multimikrob sətəlcəm, çoxsaylı bronxoektaziya, yüksək qan təzyiqi ilə kəskin tənəffüs çatışmazlığı epizodu baş verib”, – məlumatda deyilir.
Həmçinin bildirilir ki, pontifik 2-ci tip diabetdən əziyyət çəkirmiş.
Vatikanın sözçüsü söyləyib ki, Papa Fransisk cümə və bazar günləri arasında dəfn edilə bilər: “Qaydalar cənazənin ölümdən sonra dördüncü və altıncı günlər arasında keçirilməsini nəzərdə tutur”.
Oxşar xəbərlər
İki tərəfli pnevmoniya keçirən Papa Fransisk kəskin tənəffüs çatışmazlığından əziyyət çəkir
Fransisklə vida mərasimi aprelin 23-də müqəddəs Pyotr kilsəsində keçirilə bilər - YENİLƏNİB
Papa Fransisk Qəzzayla bağlı çağırış edib
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Papa Fransisk xristian ölkə liderlərinə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













