Myanmada Yeni İllə əlaqədar 4 893 məhbus azad edilib
sizinxeber.az xəbər saytı

Myanmada Yeni İllə əlaqədar 4 893 məhbus azad edilib


Myanma Prezidenti vəzifəsini icra edən Min Aun Hlayn Tincan bayramı (Myanma Yeni İli) münasibətilə 4 893 məhbus üçün amnistiya elan edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İlkin məlumatlara görə, azad edilənlər arasında azı 22 siyasi məhbus da var. Bundan əlavə, 13 əcnəbi də azad edilərək ki, onlar deportasiya ediləcək.

Azadlığa çıxanlar yenidən qanun pozuntusuna yol verib həbs cəzası alarlarsa, o zaman onlar yeni müddətə əlavə olaraq, əvvəlki cəzaya görə qalan müddəti də həbsxanada keçirməli olacaqlar.

Qeyd olunur ki, hökumət, həmçinin qətl və ya zorlama kimi ağır cinayətlər törədənlər istisna olmaqla, bir çox digər məhbusların həbs müddətini azaltmaq qərarına gəlib.

Bayram münasibəti ilə çıxışında Prezident vəzifəsini icra edən Hlayn ilin sonuna kimi parlament seçkiləri keçiriləcəyini açıqlayıb və müxalifəti münaqişələri Myanma hərbçiləri ilə toqquşma yolu ilə deyil, siyasi yolla həll etməyə çağırıb.

Oxşar xəbərlər

Şri-Lankada Milad bayramı münasibətilə 1000-dən çox məhbus əfv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanma hərbi xuntası 6 minə yaxın məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail həbsxanalarından 110 fələstinli məhbus azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın ədliyyə naziri: Mindən çox məhbus 9 gündür prezidentin “Amnistiya haqqında” qanununu imzalamsını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Myanma və Taylanddakı zəlzələ ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər