Gürcüstanın ədliyyə naziri: Mindən çox məhbus 9 gündür prezidentin “Amnistiya haqqında” qanununu imzalamsını gözləyir
Gürcüstan prezidenti Salome Zurabişvili artıq 9-cu gündür ki parlamentin qəbul etdiyi “Amnistiya haqqında” qanunu imzalamır. Həbsxanalarda olan min nəfərdən çox məhbus bu səbəbdən öz azadlığına qovuşa bilmir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, mindən çox məhbus 9-cu gündür ki prezidentin “Amnistiya haqqında” qanunu imzalamasını və istədiyi azadlığı gözləyir.
"Amnistiya insana həyata yenidən başlamaq imkanı verən ən humanist hərəkətlərdən biridir. Parlament çoxluğu böyük cəsarətlə bir qanun qəbul edib, lakin hələ də icra olunmur. Ona görə ki, xanım prezident hansısa naməlum və izahı çətin səbəbdən onu imzalamır. Halbuki minlərlə insanın taleyi və yaxşı gələcəyi bu bir əl hərəkətindən asılıdır”, - deyə Breqadze vurğulayıb.
O əlavə edib ki, əgər prezident qanunu oktyabrın 2-nə qədər imzalayıb dərc etməsə və ya əsaslandırılmış şərhlərlə parlamentə qaytarmasa, konstitusiyaya görə, parlamentin sədri onu 5 gün ərzində imzalayıb dərc edəcək.
Oxşar xəbərlər
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin iddiasına baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ viza rejimini pozanlar üçün amnistiya elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












