Stiven Uitkoff: Yeni saziş İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq
ABŞ-nin şərtləri ilə yeni nüvə sazişi İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “X” sosial şəbəkəsində yazıb.
“Trampın istədiyi razılaşma olduğu təqdirdə İranla saziş bağlanacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifahın əsasını qoymalıdır. Bu, o deməkdir ki, İran nüvə zənginləşdirmə və silah proqramını dayandırmalıdır”, - o deyib.
Xüsusi nümayəndə əlavə edib ki, bütün dünya üçün sərt, ədalətli və davamlı bir razılaşmanın olması həyati əhəmiyyət kəsb edir və prezident Tramp ondan məhz bunu tələb edib.
Qeyd edək ki, aprelin 12-də İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında Omanda danışıqlar aparılıb. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Uittkoff başçılıq edib.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci raundu aprelin 19-da baş tutacaq.
Oxşar xəbərlər
Uitkoff: İranla razılaşma yalnız nüvə proqramının tam ləğvi halında mümkündür
İran və ABŞ nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını müzakirə edir
Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”
KİV: ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb
KİV: Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













