Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”
sizinxeber.az xəbər saytı

Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”


Birləşmiş Ştatların administrasiyası İrana nüvə silahı əldə etməyə imkan verməyəcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ-nin dövlət başçısı Donald Tramp prezident təyyarəsində jurnalistlərə bildirib.

“Mən İranın gözəl, böyük, xoşbəxt ölkə olmasını istəyirəm, lakin onların nüvə silahı ola bilməz və biz şənbə günü onlarla məsləhətləşmələr keçirəcəyik. Onlarla böyük görüşümüz var. Mən İranın çiçəklənməsini istəyirəm, lakin onun nüvə silahı ola bilməz”, – Tramp vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək, burada İran nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi parametrlərinin müzakirəsi planlaşdırılır. Ağ Evin iddiasına görə, danışıqlar birbaşa aparılacaq, Tehranın versiyasına görə isə görüş vasitəçilərlə baş tutacaq.

Ehtimal olunur ki, Amerika nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edəcək.

Oxşar xəbərlər

Tramp: ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranlı deputat Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Lazım olsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər