ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək dayandırıb
sizinxeber.az xəbər saytı

ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək dayandırıb


ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) X sosial şəbəkəsində məlumat yayıb.

"Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir.

Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.

Bazar ertəsi “The Washington Post” qəzeti əldə etdiyi sənədə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır. Vurğulanıb ki, Ağ Ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir. Bu, Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48% azdır.

Oxşar xəbərlər

Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır
ABŞ Ermənistanda da daxil olmaqla, bəzi ölkələrdə xarici yardım layihələrini maliyyələşdirməkdən imtina edib
Politico: Dövlət Departamenti bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb
Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib
Britaniya Ukrayna üçün dronların alınmasına 9,5 milyon dollar ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər