Politico: Dövlət Departamenti bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb
sizinxeber.az xəbər saytı

Politico: Dövlət Departamenti bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb


ABŞ Dövlət Departamentinin katibi Marko Rubio Ukraynaya hərbi kömək da daxil olmaqla, xarici yardımın maliyyələşdirilməsinin dərhal və geniş şəkildə dondurulmasını əmr edib.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Dövlət Departamentinin hazırkı rəsmisi, həmçinin keçmiş prezident Co Bayden administrasiyasının iki keçmiş əməkdaşı nəşrə bildirib ki, çox güman ki, dayandırılma Ukrayna, İordaniya və Tayvan kimi əsas müttəfiqlərə yardımı kəsmək məqsədi daşıyır.

Tədbirlər İsrail və Misirdən başqa bütün ölkələrə şamil ediləcək. Dövlət katibinin müavini Rubionun əmri ilə mövcud proqramların əksəriyyəti 90 gün müddətinə dondurulacaq.

Qüvvəyə minən sərəncam ABŞ hökuməti tərəfindən artıq təsdiq edilmiş proqramlara da təsir edəcək.

Təcili ərzaq yardımı və bu sərəncamın dərcindən əvvəl mövcud proqramlar çərçivəsində çəkilmiş uyğun xərclərin ödənilməsi üçün istisnalar edilə bilər. Bu cür proqramların davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması barədə qərarlar ABŞ dövlət katibi tərəfindən nəzərdən keçirildikdən sonra qəbul ediləcək.

Oxşar xəbərlər

Marko Rubio: Dövlət Departamenti kütləvi miqrasiyanın təşviqi ilə məşğul olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ bütün xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-dan İsrail, Ukrayna və Tayvana fantastik yardım... [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər