Hindistan və Çin birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər
Hindistan və Çin birbaşa sərnişin reyslərinin bərpası ilə bağlı danışıqların ilk raundunu keçiriblər, lakin konkret tarixlər hələ müəyyən edilməyib.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
"Mülki Aviasiya Nazirliyi və Çindəki həmkarlarımız görüş keçiriblər", - Hindistanın mülki aviasiya naziri Vumlumanq Vualnam bildirib.
Bununla yanaşı, o, bir sıra həll olunmamış məsələlərin qaldığını qeyd edib.
Məlumata görə, yanvarda Hindistan və Çin ticari, eləcə də iqtisadi fikir ayrılıqlarının həlli istiqamətində işləmək barədə razılığa gəliblər. Bunun da hava əlaqələrinin inkişafına təkan verəcəyi gözlənilir.
İki ölkə arasında münasibətlər 2020-ci ildə Himalaylarda baş verən sərhəd toqquşmasından sonra əhəmiyyətli dərəcədə mürəkkəbləşib, nəticədə azı 20 hindistanlı və dörd çinli hərbçi həlak olub. Bundan sonra Hindistan Çin şirkətlərinin investisiyalarını məhdudlaşdırıb, yüzlərlə Çin tətbiqini bloklayıb və sərnişin reyslərinin sayını azaldaraq yalnız yük hava əlaqəsini saxlayıb.
Münasibətlər 2024-cü ilin oktyabrında dağlıq sərhəddə hərbi qarşıdurmanın yumşaldılması barədə razılaşma əldə edildikdən sonra yaxşılaşıb. Həmin ayda Çin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi Rusiyada danışıqlar aparıblar.
Oxşar xəbərlər
Hindistan və Çin 5 il sonra birbaşa uçuşları bərpa etmək barədə razılığa gəlib
Hindistan və Çin hərbçilərinin sərhəd bölgələrindən çıxarılmasını sürətləndirəcək
Hindistan-Çin sərhədində dördillik qarşıdurmaya son qoyulub
Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqların gündəliyini razılaşdırıb
Türkiyədə təcili enən Hindistan təyyarəsində bomba tapılmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
