Hindistan və Çin hərbçilərinin sərhəd bölgələrindən çıxarılmasını sürətləndirəcək
sizinxeber.az xəbər saytı

Hindistan və Çin hərbçilərinin sərhəd bölgələrindən çıxarılmasını sürətləndirəcək


Hindistan və Çin təcili olaraq hərbi personalın sərhəd bölgəsindən çıxarılması üzərində işləmək barədə razılığa gəliblər.

“Report”un məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Laosda ASEAN tədbirləri çərçivəsində bu ölkənin xarici işlər naziri Subrahmanyam Caişankar ilə çinli həmkarı Van İ arasında keçirilən görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirilib.

Qeyd olunub ki, iki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin sabitləşdirilməsi və bərpası üçün faktiki nəzarət xəttində qalan məsələlərin tezliklə həllinin tapılmasına yönəlib.

Aydın olub ki, nazirlər qüvvələrin tam çıxarılmasına tez bir zamanda nail olmaq üçün məqsədyönlü və təxirəsalınmaz işlərin aparılmasının zəruriliyi barədə razılığa gəliblər.

“Sərhədlərdə sülh və əmin-amanlıq ikitərəfli münasibətlərin normallaşması üçün vacibdir. Tərəflər iki ölkənin hökumətləri arasında əldə olunmuş müvafiq ikitərəfli razılaşmalara, protokollara və anlaşmalara tam əməl etməlidir”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan və Hindistan XİN başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin XİN başçıları Ukraynaya dəstəyin gücləndirilməsi ilə bağlı razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Hindistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər