Hindistan-Çin sərhədində dördillik qarşıdurmaya son qoyulub
Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
“Bu, sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradır”, - nazir bildirib.
Agentlik qeyd edir ki, bu açıqlama Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin Rusiyada keçiriləcək BRICS sammitində iştirakından bir gün əvvəl verilib ki, bu da iki lider arasında mümkün ikitərəfli görüşə yol açır.
Xatırladaq ki, Pekin və Nyu-Dehli arasında münasibətlər Hindistan ordusunun 20 əsgərinin mübahisəli Hindistan-Çin sərhədində Çin əsgərləri ilə yaranmış qarşıdurmada öldürülməsi iddiası fonunda 2020-ci ilin iyun ayından etibarən dondurulub. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham ediblər.
Oxşar xəbərlər
Hindistan və Çin hərbçilərinin sərhəd bölgələrindən çıxarılmasını sürətləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Hindistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan Çini heçə saydı, Qlobal Cənub sammitinə dəvət etmədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Hindistan Ukrayna-Rusiya münaqişəsinin həllinə töhfə verməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












