Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqların gündəliyini razılaşdırıb
sizinxeber.az xəbər saytı

Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqların gündəliyini razılaşdırıb


Hindistan və ABŞ ikitərəfli ticarət sazişinin birinci hissəsi üzrə danışıqların mövzularını tam razılaşdırıb.

“Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın ticarət nümayəndəsi bildirib.

O əlavə edib ki, qarşılıqlı faydalı saziş 90 gün ərzində bağlana bilər.

Tərəflər fevralda sazişin birinci mərhələsi üzərində işləmək barədə razılığa gəliblər. Onun 2025-ci ilin sonunadək imzalanması planlaşdırılır. Əməkdaşlığın məqsədi 2030-cu ilə qədər ikitərəfli ticarət həcminin 500 milyard dollara çatdırılmasıdır.

"Biz ABŞ ilə ticarət danışıqlarında digər ölkələrlə müqayisədə əhəmiyyətli irəliləyiş əldə etmişik... 90 gün ərzində bir çox yeni imkanlar yaranacaq", - adının açıqlanmasını istəməyən rəsmi qeyd edib.

Onun sözlərinə görə, danışıqlar müntəzəm olaraq onlayn formatda keçiriləcək. Həmçinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də mümkündür.

Bu ayın əvvəlində Tramp administrasiyası Hindistandan idxal olunan mallara 26 faiz rüsum tətbiq etdiyini elan edib. Nyu-Delhi isə cavab tədbirləri görməyəcəyini bildirib.

Oxşar xəbərlər

Hindistan ABŞ ilə yeni ticarət sazişinə nail olmağa çalışacaq
Fevralda Tehranda Qazaxıstan-İran biznes forumu keçiriləcək
Türkiyə və Suriya azad ticarət sazişinin bərpasını nəzərdən keçirəcək
Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər