Türkiyədə təcili enən Hindistan təyyarəsində bomba tapılmayıb
Hindistanın “Vistara” aviaşirkətinin Mumbaydan Frankfurta uçan və bomba qeydinə görə təcili olaraq Türkiyənin Ərzurum hava limanına eniş etməli olan təyyarənin göyərtəsində partlayış təhlükəsi təsdiqini tapmayıb.
“Report” xəbər verir ki, bu barədə Ərzurum valisi Mustafa Çiftçi bəyan edib.
“Minatəmizləmə mütəxəssisləri təyyarəyə baxış keçiriblər. Partlayış təhlükəsinin təsdiqlənmədiyi müəyyən edilib. Hava limanında uçuşlara qoyulan qadağa aradan qaldırılıb”, - deyə o bildirib.
Qeyd edək ki, Mumbay-Frankfurt reysini yerinə yetirən Hindistanın “Vistara” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərdən biri salfetin üzərinə “Təyyarədə bomba var” yazıb. Ərzurum hava limanına təcili eniş edən təyyarə ilə əlaqədar Türkiyə dövlət orqanları Ərzurum üzərində hava məkanını bağlayıb. Təyyarədən 234 sərnişin və 13 ekipaj üzvünü təxliyə edib və təcili yardım çağırıb.
Oxşar xəbərlər
Hindistandan Almaniyaya uçan təyyarə Ərzurumda məcburi eniş edib
Hindistan-Almaniya təyyarəsi bomba xəbərdarlığına görə Ərzuruma məcburi eniş edib
Polşadan Nyu-Yorka uçan təyyarə bomba xəbərinə görə geri qayıdıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
