ABŞ onlarla elektronika növünə cavab rüsumlarından istisna edib
sizinxeber.az xəbər saytı

ABŞ onlarla elektronika növünə cavab rüsumlarından istisna edib


ABŞ səlahiyyətliləri onlarla elektronika malı növünə qarşı tətbiq olunan cavab idxal rüsumlarını ləğv edib.

"Report" xəbər verir ki, bu barədə "The Hill" ölkənin gömrük xidmətinə istinadən məlumat yayıb.

Xidmətin təqdim etdiyi siyahıya 20-yə yaxın mal növü, o cümlədən kompüterlər, mobil telefonlar və bəzi mikroçiplər daxildir.

Nəşr qeyd edir ki, bu yolla ABŞ administrasiyası sözügedən məhsulların qiymətinin artmasının qarşısını almağa çalışır. ABŞ mediası xəbər verir bu qərar Çindən gələn mallara da aiddir

Aprelin əvvəlində ölkəsinin çoxsaylı ticarət tərəfdaşlarına cavab tarifləri elan edən ABŞ Prezidenti Donald Tramp istisnaların olacağını etiraf edib.

Eyni zamanda, "The Hill" bəzi elektronika növlərinin gələcəkdə hələ də tariflərə tabe ola biləcəyini vurğulayır. Belə ki, Tramp ABŞ-də onların istehsalını stimullaşdırmaq üçün gələcəkdə mikroçiplərə ayrıca rüsumlar tətbiq etməyi planlaşdırdığını bəyan edib.

Oxşar xəbərlər

Amerikaya idxal olunan mallara qoyulan rüsumlar yenidən artırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Castin Trüdoya xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Şolts ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ komissarı tarifləri müzakirə etmək üçün ABŞ-yə gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle