KİV: Şolts ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyi planlaşdırır
Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Tramp administrasiyasının Avropa İttifaqına (Aİ) qarşı rüsumlar tətbiq edəcəyi təqdirdə Vaşinqtona qarşı cavab rüsumlarına hazır olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
“Olaf Şolts Avropanın Trampın tətbiq etdiyi istənilən tarifə sərt reaksiya verəcəyini və alternativ ticarət yolları axtaracağını bildirib”, - məqalədə qeyd olunub.
Almaniya kansleri vurğulayıb ki, həm ABŞ, həm də Avropa üçün ticarət faydalıdır və tariflərin tətbiqindən hər iki tərəf zərər görəcək.
Bundan əvvəl Donald Tramp bildirmişdi ki, avropalılar ABŞ-dən istifadə edir və bu səbəbdən Vaşinqton Avropadan idxal olunan mallara əlavə rüsumlar tətbiq etməkdə qərarlıdır. O, bunun yaxın gələcəkdə mütləq baş verəcəyini söyləyib.
Oxşar xəbərlər
Almaniyanın vitse-kansleri: Avropa ABŞ-yə rüsumlarla cavab verməyə hazırdır
Tramp Avropa İttifaqı ölkələrini hədələyib
KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək
Tramp və Almaniya Kansleri Ukrayna ilə Rusiya arasında sülh perspektivini müzakirə edib
Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












