İsrail Ordusu “Hizbullah”ın Beyrutda yeraltı obyekti bərpa etməyə çalışdığını açıqlayıb
sizinxeber.az xəbər saytı

İsrail Ordusu “Hizbullah”ın Beyrutda yeraltı obyekti bərpa etməyə çalışdığını açıqlayıb


İsrail Müdafiə Ordusu Livan-İsrail sərhədində atəşkəs rejiminə nəzarət edən beştərəfli komitəyə “Hizbullah” qruplaşmasının Beyrutun kənarında yeraltı obyekti bərpa cəhdləri barədə xəbərdarlıq edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində ordunun rəsmi nümayəndəsi Avixay Edri yazıb.

“Hizbullah” son aylarda Beyrutun cənubundakı Şueyfat bölgəsində yeraltı silah istehsalı müəssisəsini yenidən qurmaq üçün səylər göstərir. Obyekt yerli məktəbin yanında, yaşayış binalarının altında tikilib və 2024-cü ilin noyabrında hücuma məruz qalıb”, - o bildirib.

Edri əlavə edib ki, “Hizbullah”ın təhlükəli fəaliyyəti ilə bağlı məlumatlar yanvarın əvvəlində nəzarət komitəsinə çatdırılıb və onun əsasında obyektdə yoxlama aparılıb. “Lakin “Hizbullah” üzvləri bu barədə məlumatlandırılıb və yoxlama günü əvvəlcədən mühəndis avadanlığını oradan çıxarıblar və sonradan geri qaytarıblar”, - İsrail ordusunun sözçüsü vurğulayıb.

Oxşar xəbərlər

İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb
İsrail ordusu “Hizbullah”ın kəşfiyyat komanda mərkəzinə zərbə endirib
İsrail ordusu “Hizbullah”ın qərargah rəisini öldürüb
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərini vurduğunu bildirib
İsrail Hava Qüvvələri Beyrutun cənub ətrafına hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər