KİV: ABŞ Milli Təhlükəsizlik Şurasının bir neçə direktoru vəzifəsindən azad edilib
Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bir neçə direktoru vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, işdən çıxarılmalar çərşənbə günü ABŞ Prezidenti Donald Tramp və sağçı fəal Lora Lumer arasında keçirilmiş görüşün birbaşa nəticəsi olub. O, dövlət başçısından bir neçə yüksəkrütbəli məmurun ölkə rəhbərliyinə xəyanət etdiyini iddia edib və onların işdən çıxarılmalarının zəruriliyini bildirib.
Agentliyin məlumatına görə, Lumer həmçinin Trampa ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçi müavini Aleks Vonqun işdən çıxarılmasını təklif edib. CNN-in məlumatına görə, o, hələlik işdən çıxarılmayıb.
CNN-ə görə, kəşfiyyat direktoru və hazırkı dövlət katibi Marko Rubionun Senatın Seçilmiş Kəşfiyyat Komitəsində keçmiş əməkdaşı, əvvəllər ABŞ-nin hazırkı milli təhlükəsizlik müşaviri Mayk Uolsun Konqresdə qanunvericilik üzrə direktoru vəzifəsində çalışmış qanunvericilik işləri üzrə baş direktor Brayan Uolş, əvvəllər Konqresdə Milli Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində çalışmış Tomas Bou, ABŞ-nin Milli Təhlükəsizlik Departamentinin baş direktoru Devid Feyt vəzifələrindən azad ediliblər.
Oxşar xəbərlər
KİV: Tramp Milli Təhlükəsizlik Şurasının genişmiqyaslı yenidən təşkili prosesinə başlayıb
Tokayev Terrorla Mübarizə və Xarici Kəşfiyyat Xidmətlərinin rəhbərlərini vəzifədən azad edib
Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
