Ukrayna və Niderland müdafiə satınalmaları sahəsində əməkdaşlığı genişləndirəcək
Ukraynanın müdafiə naziri Rustem Umerov və Niderlandın müdafiə naziri Ruben Brekelmans martın 31-də Kiyevdə keçirilən görüş zamanı müdafiə satınalmaları sahəsində əməkdaşlığın effektivliyini artırmaq barədə razılığa gəliblər.
“Sizinxeber.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, R.Umerov Niderlandın əlavə 5 milyard avro ayırdığını, bunun da mühüm hissəsinin artıq 2025-ci ildə təhlükəsizlik sahəsində Ukraynanın dəstəklənməsinə yönəldiləcəyini bildirib.
“Danışıqların əsas mövzuları arasında havada və dənizda təhlükəsizliyin gücləndirilməsi də var. Niderlandın verdiyi “F-16”lar artıq Ukraynanın səmasını qoruyur, biz isə Hava Qüvvələrinin imkanlarını genişləndirməyə davam edirik. Müdafiə sənayesi sektorunda əməkdaşlığa ayrıca diqqət yetirdik. Niderland “Drone Line” layihəsini dəstəkləyir və Ukrayna istehsalına sərmayə qoyur. Niderland şirkətlərini hərbi-sənaye kompleksində birgə layihələr həyata keçirməyə dəvət edirik. Eyni zamanda Ukrayna Niderlanddakı tərəfdaşlıq təşəbbüslərinə sərmayə qoymağa hazırdır”, - R.Umerov feysbuk səhifəsində yazıb.
Bundan əlavə, tərəflər Ukrayna Müdafiə Qüvvələrinin rəqəmsallaşdırılmasını müzakirə ediblər.
Görüşün yekununda müdafiə satınalmaları sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması üzrə niyyət məktubu imzalanıb.
Oxşar xəbərlər
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək
Niderland öz tank batalyonunu yaratmaq niyyətindədir
Ostin və Umerov telefonla NATO sammitinin nəticələrini müzakirə ediblər
ABŞ və Ukrayna müdafiə nazirləri “Ramştayn”a hazırlığı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












