Niderland öz tank batalyonunu yaratmaq niyyətindədir
Niderland xərcləri azaltmaq məqsədilə 13 il əvvəl ləğv etdiyi özünün tamhüquqlu tank batalyonunu bərpa etməyə hazırlaşır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.
“Bu gün təhlükəsizliyimiz üçün tarixi gündür. Müasir tanklar müdafiə, mobillik və atəş gücünün unikal birləşməsini təklif edir. Məhz buna görə də orduda yenidən özümüzün tamhüquqlu tank batalyonunu olacaq”, - nazir yazıb.
“Army Recognition” portalının məlumatına görə, Niderlandın tank batalyonu Almaniyadan alınacaq təxminən 50 ədəd “Leopard 2A8” tankından ibarət olacaq. Bunun üçün illik xərclərin 260 milyon avro ilə 315 milyon avro arasında olacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl Niderlandın müdafiə xərclərini 10%-dən çox artıracağı və NATO tərəfindən müəyyənləşdirilən ÜDM-in minimum 2 %-i həcmində müdafiə xərcləri ayrılması kvotasına çatacağı bildirilmişdi.
Oxşar xəbərlər
Danimarka və Niderland Ukraynaya 14 ədəd “Leopard 2” tankı tədarük etməyə hazırdır
Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək
Litvanın Müdafiə Nazirliyi infrastruktur layihələri üçün əlavə 7 milyon avro alacaq
Finlandiya ilk dəfə NATO-ya üzvlük üçün vəsait ayıracaq
Niderland Ukraynaya yeni yardım paketi ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












