ABŞ və Ukrayna müdafiə nazirləri “Ramştayn”a hazırlığı müzakirə ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
dek
2024
03:00

ABŞ və Ukrayna müdafiə nazirləri “Ramştayn”a hazırlığı müzakirə ediblər

03 dek, 2024
03:00
925

ABŞ və Ukrayna müdafiə nazirləri “Ramştayn”a hazırlığı müzakirə ediblər

Dekabrın 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığının baş tutduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə ukraynalı siyasətçi feysbukda yazıb.

Umerov amerikalı həmkarı ilə “döyüş meydanındakı cari vəziyyəti, Ukrayna Müdafiə Qüvvələrinin əsas çağırışları və ehtiyaclarını”, həmçinin “2025-ci ilin strateji planlaşdırılmasını” müzakirə edib.

“Xüsusi diqqət “Ramştayn” formatında növbəti iclasın hazırlanmasına yönəldilib. Ukrayna və onun tərəfdaşları müdafiə qabiliyyətimizi daha da gücləndirməyə və qələbəni yaxınlaşdırmağa kömək edəcək həllər üzərində işləməyə davam edirlər”, –ukraynalı nazir əlavə edib.

Xatırladaq ki, ABŞ-nin rəhbərliyi ilə “Ramştayn” formatı Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin başlamasından sonra 2022-ci ilin yazında Kiyevə hərbi yardımın əlaqələndirilməsi üçün yaradılıb. Bu format özündə 50-dən çox ölkəni birləşdirib.

Bizimlə əlaqə saxlayın