Rubio: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çox çətin olacaq
ABŞ administrasiyası hesab edir ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması son dərəcə çətin olacaq.
“Sizinxeber.az” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına uçuş zamanı jurnalistlərə bildirib.
“Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını anlamalıdır”, – o deyib. Rubionun sözlərinə görə, “aydındır ki, Ukraynanın rusiyalıları hər hansı bir ağlabatan müddət ərzində 2014-cü ildə olduqları yerə qaytarması çox çətin olacaq”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında Amerika – Ukrayna danışıqlarının martın 11-də keçiriləcəyi gözlənilir. ABŞ tərəfindən danışıqlarda Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff iştirak edəcəklər. Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov daxil olacaq.
Oxşar xəbərlər
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
Tramp və Makron ABŞ ilə Rusiyanın qarşıdakı danışıqlarını müzakirə ediblər
ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
Rubionun Səudiyyə Ərəbistanına səfər edəcəyini təsdiqlənib
Rubio: Tramp Ukrayna münaqişəsinə son qoymaq fikrinə sadiqdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
