KİV: Konqo Demokratik Respublikasında üsyançılar Nyabiondo şəhərini ələ keçiriblər
sizinxeber.az xəbər saytı

KİV: Konqo Demokratik Respublikasında üsyançılar Nyabiondo şəhərini ələ keçiriblər


Konqo Demokratik Respublikasında (KDR) "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasının dəstələri Şimali Kivu əyalətində Nyabiondo şəhərini ələ keçiriblər.

“Report” xəbər verir ki, bu barədə “Kivu news 24” xəbər portalı məlumat yayıb.

Konqonun şərqində Masisi rayonunda yerləşən Nyabiondo üsyançılara mədən sənayesinin inkişaf etdiyi Valikale rayonuna yol açır.

Üsyançılar bir neçə aydır rayonun inzibati mərkəzi olan Lubero şəhərini ələ keçirməyə çalışırlar. Şəhərin təslim olacağı halda M23 üçün əhalisinin sayına görə Şimali Kivunun ikinci şəhəri olan Butemboya hücuma başlamaq imkanı yaranacaq.

Oxşar xəbərlər

KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər
Konqonun şərqində üsyançılar İhusi şəhərini ələ keçiriblər
Konqoda üsyançılar Nyabibve şəhərini ələ keçiriblər
Konqo DR-in şərqində yaraqlılar 15 mülki şəxsi öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər