sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Konqonun şərqində üsyançılar İhusi şəhərini ələ keçiriblər
23 Mart Hərəkatının (M23) üsyançıları Ruanda ordusunun dəstəyi ilə Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İhusi şəhəri üzərində nəzarəti təmin ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə RFI radiostansiyası KDR parlamentinin aşağı palatasının spikeri Vital Kamerheyə istinadən məlumat yayıb.
Spiker üsyançıların hazırda İhusi şəhərində olduqlarını bildirib.
Qeyd edək ki, üsyançılar bir gün əvvəl Cənubi Kivuda yerləşən Nyabibve şəhərini tutmuşdular.
Döyüşlər fevralın 4-də başlayıb.
Oxşar xəbərlər
Konqoda üsyançılar Nyabibve şəhərini ələ keçiriblər
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər
KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər
“M23” üsyançıları Konqonun şərqində irəliləyir
Konqo DR-in şərqində gedən döyüşlərdə ölənlərin sayı 900-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











