15 İyun milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir - RƏY
sizinxeber.az xəbər saytı

15 İyun milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir - RƏY


Müstəqil Azərbaycanın bugünkü uğurlarının əsasında dayanan ən mühüm tarixi hadisələrdən biri 15 İyun – Milli Qurtuluş Günüdür.

Bunu "Sizinxeber.az"a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O qeyd edib ki, bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətçiliyin qorunması və xalqın rifahının təmin olunması istiqamətində atılmış həlledici addımdır:

"1993-cü ildə Azərbaycan ağır siyasi böhran yaşayırdı. Dövlət idarəçiliyi zəifləmiş, iqtisadiyyat tənəzzülə uğramış, torpaqlarımız işğal altında qalmışdı. Ölkədə hökm sürən xaos və anarxiya dövlət müstəqilliyini ciddi təhlükə altına qoymuşdu. Belə bir şəraitdə xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı".

Deputat xatırladıb ki, ilk növbədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları gücləndirildi, qanunçuluq bərpa olundu, vətəndaşların dövlətə inamı qaytarıldı:

"Milli Qurtuluş Günü yalnız keçmişə aid tarix deyil. Bu gün həm də Azərbaycanın gələcəyinə işıq tutan, dövlətçilik ənənələrimizi möhkəmləndirən və milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir".

O vurğulayıb ki, 15 İyun xalqın xilasa aparan seçim etdiyi gündür.

"Bu seçim Azərbaycanın sabitliyini, inkişafını və bugünkü qüdrətini təmin etmişdir. Məhz buna görə də Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin təməli və uğurlarımızın başlanğıcı kimi böyük ehtiramla qeyd olunur", - Ş.Seyidzadə deyib.

Oxşar xəbərlər

Milli Qurtuluş Günü Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcıdır - RƏY
Milli Qurtuluş Günü Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoyub – RƏY
Azərbaycanın bugünkü inkişafının, beynəlxalq nüfuzunun təməlində Heydər Əliyev siyasi kursu dayanır - RƏY
Azərbaycanda Milli Qurtuluş Günüdür
Rektor Anar Eminov: "Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər