KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Misirin hazırladığı plana əsasən, Fələstinin Qəzza zolağının bərpası 38 milyard dollara başa gələcək.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Qahirədə keçirilən sammitdə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin liderlərinin müzakirə edəcəyi gözlənilən sənədə istinadən məlumat yayıb.
"Qəzza zolağının bərpa planında 38 milyard dollar məbləğində vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da böyük hissəsi yaşayış sahələrinin yenidən qurulmasına yönəldiləcək", - məlumatda bildirilib.
Layihəyə əsasən, bərpa prosesi iki mərhələdə həyata keçiriləcək: "birinci mərhələ iki il, ikinci mərhələ isə iki il yarım davam edəcək". Plan Fələstin anklavının bir neçə şəhərində yenidənqurma dövründə müvəqqəti yaşayış yerlərinin təmin edilməsini nəzərdə tutur.
Qəzzanın gələcəkdə idarə edilməsinə gəlincə, Misir altı ay ərzində bu funksiyanı öz üzərinə götürəcək müstəqil texnokratlar komitəsinin yaradılmasını təklif edir. Bundan başqa, Fələstin polis qüvvələrinin Qəzza zolağında yerləşdirilməsinə hazırlıq məqsədilə Misir və İordaniyanın onlara təlim keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Qəzzanın yenidən qurulmasına 53,1 milyard dollar lazımdır
Fələstin Baş naziri Prezidentə Qəzzanın bərpası planını təqdim edib
Qəzza razılaşmasının birinci mərhələsi açıqlanıb: - atəşkəs, əsir mübadiləsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
