Qəzza razılaşmasının birinci mərhələsi açıqlanıb: - atəşkəs, əsir mübadiləsi
Qəzza zolağında atəşkəs razılaşması üç mərhələdən ibarət olacaq, birincisi mərhələ yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək.
"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Qətər, Misir və ABŞ-nin təmsil olunduğu Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda iştirak edən vasitəçilərin bəyanatında deyilir.
"Misir ərəb Respublikası, Qətər Dövləti və Amerika Birləşmiş Ştatları Qəzzadakı münaqişə tərəflərinin girovların məhbuslara dəyişdirilməsi və davamlı sabitliyə qaytarılması barədə razılığa gəldiklərini elan edirlər - bununla da tərəflər 19 yanvar 2025-ci ildə qüvvəyə minən daimi atəşkəs barədə razılığa gəldilər", - sənəddə deyilir.
Vasitəçilər əlavə ediblər ki, atəşkəs üç mərhələdə həyata keçiriləcək. “Bunlardan birincisi 42 gün davam edəcək və atəşin dayandırılması, İsrail qoşunlarının Qəzzanın sıx məskunlaşdığı ərazilərdən çıxarılması, (Qəzzadakı) girovların (İsraildəki) məhbuslarla dəyişdirilməsi, meyitlərin dəyişdirilməsi, məcburi köçkünlərin Qəzza zolağındakı yaşayış yerlərinə qaytarılması, həmçinin xəstə və yaralı fələstinlilərin anklavdan təxliyəsinin asanlaşdırılması”, - bəyanatda vurğulanır.
Misir, Qətər və ABŞ təkid edirlər ki, sazişin birinci mərhələsində Qəzzaya lazımi həcmdə humanitar yardım çatdırılmalı, sektor ərazisindəki tibb müəssisələri bərpa olunmalı və yaşayış binaları tikilməlidir.
Misir, Qətər və ABŞ Qəzza zolağında atəşkəs razılaşmasının bütün üç mərhələdə həyata keçirilməsinə zəmanət verir.
Oxşar xəbərlər
Qəzza razılaşmasının birinci mərhələsinə atəşkəs və əsir mübadiləsi daxildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Qəzzada atəşkəs əldə edilməsi ilə bağlı danışıqlarda iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












