Fələstin Baş naziri Prezidentə Qəzzanın bərpası planını təqdim edib
sizinxeber.az xəbər saytı

Fələstin Baş naziri Prezidentə Qəzzanın bərpası planını təqdim edib


Fələstin Baş naziri Məhəmməd Mustafa ölkə Prezidenti və Fələstin Milli Administrasiyasının (FMA) rəhbəri Mahmud Abbasa Qəzza bölgəsinin bərpası planını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Mustafa hökumətinin hazırladığı plan növbəti altı ay üçün nəzərdə tutulub və bu müddətdə “fələstinlilərə qarşı İsrail təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görmək” lazım olacaq.

Sənəddə həmçinin Qəzza sakinlərinə humanitar yardımın çatdırılması və paylanması prosesinin sürətləndirilməsi nəzərdə tutulur: bu məqsədlə FMA “bölgənin əsas yollarındakı dağıntıları təmizləməyi, tibb müəssisələri də daxil olmaqla əsas infrastruktur obyektlərini bərpa etməyi”, həmçinin anklavda yaşayan fələstinlilərə “əsas kommunal xidmətlərə çıxış” təmin etməyi və evlərini itirənlər üçün müvəqqəti yaşayış yerləri tikməyi planlaşdırır. İordan çayının Qərb sahilindəki Fələstin hökuməti Qəzza uşaqlarına təhsillərini başa vurmaq imkanı verəcəyini vəd edir.

WAFA-nın bildirdiyinə görə, qeyd olunan plan BMT və digər beynəlxalq təşkilatlarla əlaqələndirilərək hazırlanıb və buna görə də sənəddə göstərilən tədbirlər kompleksinin “beynəlxalq səviyyədə geniş dəstək” alacağı gözlənilir.

Oxşar xəbərlər

Fələstin Qəzzanın şimalında bufer zona yaratmaq planlarını qəbuledilməz hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ fələstinlilərə humanitar yardım üçün 330 milyon dollardan çox vəsait ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İordaniya liderləri Qəzza üzrə razılaşmaya nail olmaq səylərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Blinken seçkilərdən sonra Qəzzanın idarəsi ilə bağlı planını təqdim edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər