BMT Ukrayna münaqişəsi ilə bağlı ABŞ-Rusiya danışıqlarını yaxından izləyir
BMT Rusiya və ABŞ rəsmiləri arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqları yaxından izləyir.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Sözçü Baş katibin Rusiya və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında planlaşdırılan görüşü ilə bağlı mövqeyini paylaşıb: “Əlbəttə ki, biz üzv dövlətlər arasında istənilən dialoqu, xüsusən də Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında aparılan hər hansı müzakirəni yaxından izləyirik. Hamımızın bildiyi kimi, onların oynadığı rol kritikdir. Görüşün nəticələrini gözləməliyik”, - Düjarrik qeyd edib.
Qeyd edək ki, ABŞ və Rusiya yüksəksəviyyəli nümayəndələrinin bu həftə Səudiyyə Ərəbistanında Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı müzakirələr aparmaq üçün görüşəcəyi təsdiqlənib. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Səudiyyə Ərəbistanının paytaxtına səfər edəcək.
Oxşar xəbərlər
BMT: Putinlə Tramp arasında istənilən dialoqu alqışlayırıq
Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb
KİV: Vitkoff və Uolts Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda ABŞ-ı təmsil edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
