KİV: Vitkoff və Uolts Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda ABŞ-ı təmsil edəcəklər
Rusiya nümayəndələri ilə danışıqlarda ABŞ tərəfdən aparıcı rol Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və dövlət başçısının milli təhlükəsizlik üzrə müşavir Mayk Ultsa həvalə olunacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bununla bağlı ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloqun danışıqlarda hansı rolu oynayacağı sualı yaranır.
Agentliyin məlumatına görə, Rusiya ilə ABŞ arasında təmaslar son bir həftə ərzində, xüsusən də Münxen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin “dağıdıcı çıxışından” sonra intensivləşib.
Qeyd olunub ki, ABŞ və Rusiya yüksəkrütbəli rəsmilərinin görüşü gələn həftə Səudiyyə Ərəbistanında baş tuta bilər. Bildirilib ki, bu, ehtimal ki, iki ölkə liderlərinin mümkün sammitinə hazırlıq məqsədi daşıyacaq.
Oxşar xəbərlər
Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb
Bloomberg: Putin və Trampın görüşü fevralın sonunda baş tuta bilər
Trampın xüsusi nümayəndəsi 46 günə Qəzzada atəşkəsə nail olmaq niyyətindədir
Münhen konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim ediləcək
ABŞ-nin xüsusi nümayəndəsi fevralın 20-də Kiyevə səfər edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
