Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir
Ukraynanın Avropa İttifaqına inteqrasiyası səylərimizin mərkəzindədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 4-cü Krım platforması sammiti ilə əlaqədar videomüraciəti zamanı deyib.
O qeyd edib ki, bu yay Ukraynanın Aİ-yə qoşulması ilə bağlı rəsmi danışıqların başlaması tarixi hadisədir: “Ukrayna onu dəstəkləyən böyük bir ailəyə qoşulur”.
Avropa Komissiyasının prezidenti bu vaxta qədər Ukraynaya 118 milyard avrodan çox dəstək göstərdiklərini də vurğulayaraq əlavə edib ki, bu dəstəyin davamı gələcək.
“Ukraynalılar ədalət, demokratiya və Avropa gələcəyini cəsarətlə tələb etdilər. Aydındır ki, Krım və Sevastopol Ukraynadır. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən heç vaxt yorulmayacaq. Yalnız sərhədlərin dəyərli olduğu yerdə insanlar üçün təhlükəsizlik və sülh mövcud ola bilər”, - o bildirib.
Ursula fon der Lyayen onu da diqqətə çatdırıb ki, Avropa cinayətlərin hər birini sənədləşdirmək üçün Ukraynanın yanındadır:
“Birlikdə ədalətin bərqərar olmasını təmin edəcəyik. Çünki ədalətsiz sülh sülh deyil. Biz avropalılar ukraynalılar qədər sülh istəyirik, amma ədalətli və davamlı sülh. Həqiqi sülh elə bir şeydir ki, müharibənin təkrarlanmasına şərait yaratmır, insanlara öz gələcəkləri barədə düşünməyə imkan yaradır. Məhz buna görə də Ukraynanın Avropa İttifaqına inteqrasiyası bizim səylərimizin mərkəzindədir. Birlikdə azad və demokratik Ukrayna üçün birləşərək davam edəcək və qalib gələcəyik”.
Oxşar xəbərlər
Ursula fon der Lyayen: Avropa həmişə Ukraynanın yanında olacaq, çünki Ukrayna Avropadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula fon der Lyayenlə Bayden Avropanın Ukraynaya yardımını müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












