Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb
Avropa ittifaqının (Aİ) daha güclü Avropa müdafiə sütununa ehtiyacı var, eyni zamanda NATO Avropanın kollektiv müdafiəsinin mərkəzi olaraq qalmalıdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Praqada keçirilən GLOBSEC Forum beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
"Üzv dövlətlər Ukraynada münaqişə başlayandan bəri müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qədər artırıb”, - AK rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropanın müdafiə sənayesi yeni reallığa doğru addımlayıb.
"Məqsədimiz qitə miqyasında müdafiə istehsalının təşkilindən ibarət olmalıdır", - Ursula fon der Lyayen qeyd edib.
Oxşar xəbərlər
AK Avropa Rəqabətlilik Fondunun yaradılmasını planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
