Əlcəzair Fransanı Saxaradakı nüvə cinayətlərinə görə məsuliyyəti boynuna almağa çağırır
Fransa ötən əsrdə Saxarada törədilən nüvə cinayətlərinə görə tam məsuliyyətini rəsmən etiraf etməlidir.
"Sizinxeber.az"un Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu Əlcəzair Milli Xalq Assambleyasının (parlamentin aşağı palatası) sədri Brahim Buqali deyib.
"Fransa nüvə partlayışlarının qurbanlarına və onların ailələrinə yaşadıqları faciəyə görə ədalət nümayiş etdirməli və əlcəzairlilərin qanuni hüquqlarını təmin etməlidir. Paris sınaq meydançalarının bütün arxivlərini Əlcəzairə qaytarmalıdır ki, ekspertlərimiz də dəyən ziyanı qiymətləndirə bilsinlər", - Buqali bildirib.
Onun sözlərinə görə, nüvə partlayışlarının nəticələri Fransanı öz hərəkətlərinə və onların qaçılmaz nəticələrinə görə tam məsuliyyətlə üz-üzə qoymalıdır:
"Əlcəzair heç vaxt bu səhifəni çevirməyə razı olmayacaq və bu cinayətin tanınmamış qalmasına dözməyəcək", - assambleya sədri vurğulayıb.
Oxşar xəbərlər
Əlcəzair Fransadan nüvə sınaqlarının fəsadlarını aradan qaldırmağı tələb edir
Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib
Əlcəzair Fransa şirkətlərini buğda idxalı tenderindən kənarlaşdırıb
Fransa DİN: Əlcəzair blogeri qəbul etməməklə Parisi alçaltmaq istəyir
İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













