Fransa DİN: Əlcəzair blogeri qəbul etməməklə Parisi alçaltmaq istəyir
Əlcəzair nifrəti qızışdırma zəminində deportasiya edilmiş əlcəzairli blogeri qəbul etməməklə Fransanı alçaltmağa çalışır.
“Report” BFMTV telekanalına istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Bruno Retayo bildirib.
"Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq", - qanun pozuntusuna yol vermiş əcnəbilərin deportasiyası siyasətinin sərtləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Retayo söyləyib.
O, əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib. Hazırda bu məbləğ 131,79 milyon avro təşkil edir ki, bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün dəryada bir damladır.
Daha əvvəl Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib.
Fransanın cənubundakı Monpelyedə yaşayış icazəsi əsasında yaşayan bloger yanvarın 4-də “TikTok”dakı kanalında Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, ötən gün ölkədən deportasiya edilsə də, Əlcəzair onu geri göndərib. Bloger qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. O, videonu çəkərkən narkotik asılılığına qarşı dərman vasitəsinin təsiri altında olduğunu bildirib.
Oxşar xəbərlər
Əlcəzair Fransanın talan etdiyi mədəni sərvətlərin siyahısını hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlcəzair Fransa şirkətlərini buğda idxalı tenderindən kənarlaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Kaledoniya iğtişaşlardan sonra bərpa üçün Parisdən 4,2 milyard avro tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlcəzair BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlcəzair Fransadakı səfirini geri çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












