İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib


1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin əlzəcairli həmkarı Abdelmacid Tebbuna ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda deyilir:

“Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə edib".

Oxşar xəbərlər

İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
Prezident İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər