Peskov: Ər-Riyad Putin və Tramp arasında danışıqlar üçün uyğundur
sizinxeber.az xəbər saytı

Peskov: Ər-Riyad Putin və Tramp arasında danışıqlar üçün uyğundur


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş yeri kimi Ər-Riyadın adı çəkilsə də, bununla bağlı yekun qərar yoxdur.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Birinci kanal”a müsahibəsində bildirib.

“Ər-Riyad hər iki ölkə üçün münasibdir. Doğrudan da, Ər-Riyadın adı çəkilib. Amma indiyə qədər bu məsələ ilə bağlı nə işçi səviyyəsində, nə də ən yüksək səviyyədə heç bir qərar qəbul edilməyib. Hələlik görüşün Ər-Riyadda, yoxsa başqa bir paytaxt şəhərdə olacağı məlum deyil. Belə bir görüşə hazırlaşmaq üçün vaxt lazımdır. Bu, həftələr, hətta bir neçə ay çəkə bilər”, - o deyib.

Peskov, həmçinin qeyd edib ki, Rusiya ABŞ-ni Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda əsas həmsöhbəti hesab edir.

Oxşar xəbərlər

Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Putin Trampı Rusiyaya dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Putin G20 sammitində iştirakla bağlı hələ qərar verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın müşaviri: “Putinlə görüşə hazırlıq gedir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Sankt-Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər