Tramp: ABŞ "Qəzza zolağını götürməyə" və onu təmizləməyə hazırdır
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ "Qəzza zolağını götürməyə" və onu təmizləməyə hazırdır


ABŞ "Qəzza zolağını götürməyə" və bu anklavı təmizləməyə hazırdır.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.

"ABŞ Qəzza zolağını götürəcək və biz onunla məşğul olacağıq. Biz ona sahib olacağıq və bütün təhlükəli, partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsi üçün məsuliyyət daşıyacağıq, ərazini təmizləyəcək, dağılmış binaları aradan qaldıracaq, orada yaşayan insanlar üçün sonsuz sayda iş yerləri və evlər yaratmağa imkan verəcək iqtisadi inkişafa töhfə verəcəyik", – Amerika lideri söyləyib.

"Kiminlə danışıramsa, ABŞ-nin bu torpaq parçasına sahib çıxması, onu tikməsi və minlərlə iş yeri yaratması fikrini dəstəkləyir", – Tramp vurğulayıb.

Onun fikrincə, "bununla bütün Yaxın Şərq fəxr edə biləcək".

Oxşar xəbərlər

Netanyahu Trampı İsrailin ən böyük dostu adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Qəzza sakinlərinin ərəb ölkələrində yerləşdirilməsini mümkün hesab edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Netanyahunu Ağ Evdə görüşə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Tezliklə Putinlə görüşəcəyəm [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər