Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.

“Sizinxeber.az” NBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti görüşün vaxtı ilə bağlı bunun çox tezliklə baş tutacağını bildirib.

İsrail hökuməti hələlik bu məlumatı şərh etməyib. Netanyahu son dəfə 2024-cü ilin iyulunda Prezident Cozef Baydenlə görüşmək üçün ABŞ-yə səfər edib.

Daha əvvəl İsrailin “Walla” portalı mənbələrə istinadən bildirib ki, İsrailin Baş naziri fevralın 3-dən 5-dək Vaşinqtonda səfərdə olacaq.

Yanvarın 29-da Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS ilə sazişin həyata keçirilməsini Netanyahu ilə müzakirə etmək üçün İsrailə gedəcək.

Oxşar xəbərlər

İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib
Netanyahu Trampa təşəkkür edib
Netanyahu Vaşinqtonda Bayden və Harrislə görüşüb
Netanyahu iyulun 23-də ABŞ-da Baydenlə görüşəcək
Netanyahu Qəzza ilə bağlı Qahirəyə nümayəndə göndərilməsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər