Netanyahu Trampı İsrailin ən böyük dostu adlandırıb
ABŞ Prezidenti Donald Tramp Ağ evdə olan bütün prezidentlər arasında İsrailin ən böyük dostudur.
"Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Trampla görüşdən sonra bildirib.
"Mən bunu əvvəllər də demişəm, yenə deyirəm. Siz Ağ evdə İsrailin indiyədək olan ən böyük dostusunuz", – İsrail Baş naziri deyib.
Netanyahunun sözlərinə görə, məhz Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb və Amerika səfirliyini bu şəhərə köçürüb, həmçinin Colan təpələri üzərində yəhudi dövlətinin suverenliyini tanıyıb.
Bundan başqa, İsrail lideri qeyd edib ki, məhz Tramp ABŞ-ni "İranla fəlakətli nüvə sazişindən" çıxarıb. Netanyahu həmçinin ABŞ Prezidentinin HƏMAS qruplaşmasına qarşı mübarizədə İsrailin bütün məqsədlərinə çatmasına kömək edəcəyinə ümid etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Netanyahu Trampı İsrailin tarixdəki ən böyük dostu adlandırıb
Netanyahu Trampla HƏMAS üzərində qələbəni müzakirə edəcək
Netanyahu Makronu cahillikdə ittiham edib
Netanyahu: Colan təpələri əbədi olaraq İsrailin hakimiyyəti altında qalacaq
Netanyahu Colan təpələrində hərbçilərlə iclas keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
