KİV: Starmerin şəxsi e-poçtu 2022-ci ildə ələ keçirilib
Böyük Britaniyanın hazırkı Baş naziri Kir Starmerin şəxsi elektron poçtu 2022-ci ildə müxalif İşçi Partiyasının lideri olarkən ələ keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Times” və “The Sunday Times” qəzetlərinin jurnalistləri Patrik Maquayr və Qabriel Poqrandın “Get In” kitabında deyilir.
Publisistlərin fikrincə, Britaniya kəşfiyyat xidmətləri elektron poçtun sındırılmasının arxasında Rusiya ilə əlaqəsi olan hakerlərin ola biləcəyini güman edirdilər. “The Times”ın sitat gətirdiyi və Leyboristlər Partiyasının müasir strukturundan bəhs edən kitabda qeyd olunur ki, hadisədən sonra Starmer şəxsi e-poçt ünvanını dəyişmək məcburiyyətində qalıb.
Starmer 2024-cü ilin iyulunda İşçi Partiyasının ümumi seçkilərdə qalib gəlməsindən sonra Böyük Britaniyanın Baş naziri olub. Səsvermə nəticəsində leyboristlər 650 yerlik İcmalar Palatasında (parlamentin aşağı palatası) 412 mandat qazanmağa və 14 il müxalifətdə qaldıqdan sonra hakimiyyətə qayıtmağa nail olublar.
Oxşar xəbərlər
Britaniya baş nazirinin reytinqi iğtişaşlar fonunda xeyli aşağı düşüb
Badenok Böyük Britaniya Mühafizəkarlar Partiyasının yeni lideri olub
Britaniyanın Baş naziri çoxsaylı qalmaqallara görə aparat rəhbərini dəyişib
London Trampın andiçmə mərasimindən sonra Vaşinqtonu Kiyevə silah tədarükünə razı salmaq istəyir
Britaniyanın Baş naziri həyat yoldaşı üçün geyim alması ilə bağlı istintaqla üzləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
