Özbəkistanda antiterror tədbirləri çərçivəsində 169 nəfər həbs edilib
Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə yanvarın 27-dən 31-dək ölkə ərazisində genişmiqyaslı “Antiterror təmizliyi” əməliyyatları keçirib.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, kriminogen vəziyyətin sabitləşdirilməsi, ayrı-ayrı şəxslərin və cinayətkar qrupların müəyyən edilməsi məqsədilə ümumilikdə 946 xüsusi tədbir keçirilib.
“Nəticədə ağır və xüsusilə ağır cinayətlər törətməyə meyilli olan və ölkədə cinayətkarlığın vəziyyətinə mənfi təsir göstərən 418 nəfər müəyyən edilib. Onların barələrində cinayət işi başlanılıb. Başlanmış cinayət işləri çərçivəsində 169 nəfər həbs edilib, 42 cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb. 399 nəfər inzibati məsuliyyətə cəlb olunub, axtarışda olan 109 nəfər həbd edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, qanunsuz dövriyyədən 80 ədəd silah və döyüş sursatı, 30,3 kq-dan artıq narkotik vasitə, 4 min 521 ədəd güclü təsir göstərən narkotik vasitə, 186 ədəd bıçaq, 22 ədəd dəyənək, 17 ədəd mis düyün çıxarılıb.
Oxşar xəbərlər
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4 400 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər məsuliyyətə cəlb edilib
Bağlı qalan 21 cinayətin üstü açılıb - DİN
Qazaxıstanda ötən il 19 xüsusi təhlükəli cinayətkar qruplaşma zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








