Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər məsuliyyətə cəlb edilib
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 2 nəfər 16-18, 498 nəfər 18-25, 1012 nəfər 26-29, 5 min 181 nəfər isə 30 və ondan yuxarı yaşda olub.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, həmin şəxslərdən 6 min 497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 59 əcnəbidən 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212,42 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Oxşar xəbərlər
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 43 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4 400 nəfər cinayət məsuliyyətinə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 5040 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cari ilin yanvar-noyabr ayları ərzində qrup halında olan cinayətlərin sayı 7 fakt artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Narkotiklə bağlı 45 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













