Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb
Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması barədə məlumatlarını şərh edib.
“Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarışıqlığıdır. Onların yetərincə problemləri var. Bizim qarışmağımıza ehtiyacları yoxdur”, – Tramp əlavə edib.
Daha əvvəl İsrailin dövlət teleradio şirkəti “Kan” məlumat vermişdi ki, yüksəkvəzifəli Amerika məmurları İsrail nümayəndələrinə Trampın Suriya ərazisində qalan Amerika əsgərlərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər. Pentaqon 2024-cü ilin dekabrında Suriyada təxminən 2 min Amerika hərbçisinin olduğunu açıqlamışdı.
Oxşar xəbərlər
KİV: İsrail ABŞ-nin Suriyadan qoşunlarını çıxarması planlarından narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran ABŞ-dən qoşunlarını dərhal Suriyadan çıxarmağı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-ın 47-ci prezidenti seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Suriya ilə bağlı qərar verəcəklərini deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













