Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək
ABŞ gələn həftə İraqdan Amerika hərbi kontingentinin çıxarılması planlarını elan etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat verib.
Nəşrə görə, Amerika qoşunlarının çıxarılması planının razılaşdırılması “son mərhələdədir”. Çıxarılma qərarı BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda ABŞ və İraq nümayəndələrinin görüşündən sonra açıqlana bilər.
“Politico” qeyd edib ki, İraq iqtidarı 2026-cı ilin sonunadək ölkədən 2,5 min Amerika hərbçisinin çıxarılmasına ümid edir.
Daha əvvəl İraqın Baş naziri Məhəmməd əs-Sudani “Bloomberg” agentliyinə müsahibəsində bildirmişdi ki, artıq ölkədə ABŞ qoşunlarının qalmasına ehtiyac yoxdur və yaxın vaxtlarda onların çıxarılması qrafiki elan ediləcək. Əs-Sudaninin sözlərinə görə, İraq qoşunlarının ölkə ərazisində İŞİD qalıqlarına qarşı birgə Amerika-İraq reydlərində uğurlu iştirakı İraq təhlükəsizlik qüvvələrinin terror qruplaşması ilə müstəqil mübarizə aparmaq qabiliyyətində olduğunu təsdiqləyir. Bununla yanaşı, Baş nazir əmindir ki, qoşunların çıxarılmasından sonra da İraq və ABŞ təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı davam etdirəcəklər.
Oxşar xəbərlər
KİV: ABŞ və İraq koalisiya qoşunlarının respublika ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İraq beynəlxalq koalisiya qoşunlarının çıxarılması ilə bağlı razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: ABŞ-nin İraqdan qoşunlarını çıxarmaq planı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraqdakı beynəlxalq hərbi koalisiya missiyasını başa vura bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə edilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












