BMT köməkçi heyəti Konqoda Qoma şəhərindən təxliyə edib
BMT-nin bütün köməkçi heyəti Konqo Demokratik Respublikasının (DRC) Şimali Kivu əyalətinin inzibati mərkəzi Qoma şəhərini ölkə Ordusunun üsyançılara qarşı apardığı döyüşlər səbəbindən tərk edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə brifinqdə beynəlxalq təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
"BMT-nin köməkçi heyəti müvəqqəti olaraq Qoma şəhərindən və ətraf ərazilərdən köçürülüb", - o deyib.
Dujarrik əlavə edib ki, əsas heyət və sülhməramlılar beynəlxalq təşkilatının bazalarının ərazisinə sığınmağa məcbur olublar.
BMT Baş katibi Antoniu Quttereş mövcud vəziyyəti nəzərə alaraq, Konqo Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Paul Kaqame ilə telefonla danışıb. Dujarrik qeyd edib ki, BMT rəhbəri münaqişə zonasında mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, BMT-nin Kinşasadakı missiya binası nümayişçilərin hücumuna məruz qalıb. Son üç həftə ərzində "23 Mart Hərəkatı" (M23) qruplaşmasının üsyançıları Konqo Demokratik Respublikasının şərqində Qomaya qarşı yeni hücum həyata keçirirlər. Qomada elektrik enerjisi, içməli su yoxdur, mobil rabitə işləmir. Şəhərdə 2 milyon insan yaşayır.
Oxşar xəbərlər
Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqoda etirazçılar BMT missiyasının binasına hücum ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












