Kolumbiya XİN: ABŞ ilə münasibətlərdə dalana dirənmiş vəziyyət aradan qalxıb
Kolumbiya Xarici İşlər Nazirliyi (XİN) ölkənin ABŞ ilə münasibətlərindəki dalana dirənmiş vəziyyətin həll olunduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik qurumun rəsmi məlumatında deyilir.
"Kolumbiya hökuməti bildirir ki, biz ABŞ ilə münasibətlərdə yaranmış dalana dirənmiş vəziyyəti aradan qaldırmışıq", - məlumatda bildirilib.
Qeyd edilib ki, XİN başçısı Luis Hilberto Murilyo iş görüşləri keçirmək və s. üçün Vaşinqtona yola düşəcək.
"Biz deportasiya vəziyyətində ölkəyə qayıdan kolumbiyalıları qəbul etməyə davam edəcəyik. Onlara hüquq subyektləri kimi layiqli şərait təmin edəcəyik", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, Prezident Qustavo Petronun rəhbərlik etdiyi Kolumbiya hökuməti ABŞ-dən deportasiya reysləri ilə ölkəyə gəlməli olan həmvətənlərinin qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi göndərməyi planlaşdırır.
Oxşar xəbərlər
Kolumbiya ABŞ-dən deportasiya edilən həmvətənləri üçün prezident təyyarəsi göndərəcək
Qustavo Petro deportasiya olunan kolumbiyalıları daşıyan ABŞ təyyarələrini ölkəyə buraxmayacaq
ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəlib
Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib
Kolumbiya ABŞ mallarına rüsumlar tətbiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
