DİN: Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı araşdırma başlanılıb
sizinxeber.az xəbər saytı

DİN: Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı araşdırma başlanılıb


Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Zığ qəsəbəsində kütləvi dava baş verdiyinə dair görüntülər yayılıb.

Oxşar xəbərlər

DİN Zığda baş vermiş kütləvi dava ilə bağlı açıqlama yayıb
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb
DİN: Əhmədli qəsəbəsindəki kütləvi dava ilə bağlı təhqiqata başlanılıb - YENİLƏNİB
Bakıda şadlıq evinin qarşısında mübahisə baş verib, polis müdaxilə edib
Regional Təhsil İdarəsi məktəblilər arasında dava ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər