Çin ABŞ-yə qarşı sanksiyalar siyahısını genişləndirib
sizinxeber.az xəbər saytı

Çin ABŞ-yə qarşı sanksiyalar siyahısını genişləndirib


Çinin Ticarət Nazirliyi Tayvana silah satdığına görə ABŞ-nin yeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

“Çinin kəskin etirazına baxmayaraq, yeddi Amerika şirkəti Tayvana silah satışında iştirak edib və belə desək, hərbi-texniki əməkdaşlığı davam etdirib və bununla da Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi ziyan vurub”, – nazirlikdən qeyd edilib.

Vurğulanıb ki, sanksiya siyahısına “Inter-Coastal Electronics”, “System Studies & Simulation”, “IronMountain Solutions”, “Applied Technologies Group”, “Axient”, “Anduril Industries” və “Maritime Tactical Systems” şirkətləri daxil edilib.

Oxşar xəbərlər

Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir
Çin ABŞ-nin 28 şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Çin Tayvana silah satışına görə ABŞ-yə sanksiya tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər