Blinken və Ostin: Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir
Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinin "The New York Times” nəşrinə yazdıqları məqalədə qeyd olunub.
Yazıda bildirilir ki, ABŞ və digər müttəfiqlər Ukraynanı dəstəkləməyə davam etməlidir: “Beləliklə, tərəfdaşlar Rusiya ilə mümkün danışıqlarda Ukraynanın mövqeyini gücləndirməlidir”.
Onların fikrincə, Ukraynanın bu günə qədər qazandığı uğur böyük strateji nailiyyət olaraq qalır: “Rusiya isə ciddi dilemma ilə üzləşib. Müharibə başlayandan Rusiya 700 000-dən çox hərbçinin öldürüldüyünü və ya yaralandığını bildirib. İndi rəsmi Moskva çətin seçim qarşısındadır: ya minimal qazanclar üçün daxili xaosa səbəb olmaq, ya da müharibənin başa çatmasından ötrü Ukrayna ilə danışıqlara getmək. Rəsmi Vaşinqtonun Ukraynaya maliyyə və hərbi dəstəyi Kiyevə və ABŞ-nin növbəti administrasiyasına təsir imkanları verib. Bu vasitələr davamlı sülhə nail olmaq üçün istifadə edilməlidir”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edəcəyini bildirib.
Xatırladaq ki, tərəflər arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Blinken: ABŞ və onun G7 tərəfdaşları həmişə Ukraynanın yanında olacaq
Blinken və Yermak Kiyevə hərbi yardımı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
