Blinken və Yermak Kiyevə hərbi yardımı müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Blinken və Yermak Kiyevə hərbi yardımı müzakirə ediblər


ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbəri Andriy Yermak çərşənbə axşamı Vaşinqtonda keçirilmiş görüşdə Kiyevə hərbi yardım və gələcəkdə Ukrayna ilə bağlı konfransların keçirilməsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilib.

“Onlar hərbi və iqtisadi yardımı və Ukraynanın gələcək diplomatik tədbirlərini, o cümlədən Ukraynanın “sülh düsturu”nu dəstəkləyən konfransları dəstəkləmək üçün göstərilən diplomatik səyləri müzakirə ediblər”, – o qeyd edib.

Sənəddən məlum olub ki, Blinken “Ukraynanın suverenliyinə dəstəyini” və həmçinin “BMT Nizamnaməsi əsasında möhkəm sülhə” dəstəyini təsdiqləyib.

Oxşar xəbərlər

Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken və Sallivan Zelenski ilə Ukraynanın bərpasını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antoni Blinken ukraynalı həmkarı ilə Vaşinqtonun Kiyevə yardımını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Ukraynanın yeni XİN rəhbəri ilə telefonla danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken və Qalant İrana qarşı mübarizəni müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər