Pentaqon rəhbəri müdafiə xərclərinin 50 milyard dollardan çox artırılmasını tövsiyə edib
sizinxeber.az xəbər saytı

Pentaqon rəhbəri müdafiə xərclərinin 50 milyard dollardan çox artırılmasını tövsiyə edib


Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ hökumətinə 2026-cı maliyyə ilində müdafiə xərclərini təxminən 50 milyard dollar artırmağı tövsiyə edib. Növbəti illərdə hərbi qurumun büdcəsi 1 trilyon dolları keçə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nazir bu tövsiyəsini noyabrın 27-də ABŞ-nin İnzibati Büdcə İdarəsinə ünvanladığı məktubda verib. Ostin 2027-2030-cu maliyyə illərində müdafiə xərclərinin ABŞ ÜDM-nin təxminən 3 %-i həcmində olmasına çağırıb. O, Çinə qarşı mübarizəyə və alyansların gücləndirilməsinə yönəlmiş Milli Müdafiə Strategiyasına dəstək istisna olmaqla, belə artımın zəruriliyini aydın şəkildə əsaslandırmayıb.

Pentaqon rəhbəri İnzibati Büdcə İdarəsinə irəli sürülən beşillik müdafiə planını yeni ABŞ administrasiyası üçün saxlamağı tövsiyə edib. Bu plana əsasən 2026-cı maliyyə ilində xərclər 926,5 milyard dollar, 2027-ci ildə 972,8 milyard dollar, 2028-ci ildə isə 1 trilyon dollardan çox məbləğdə nəzərdə tutulur.

Nazir qeyd edib ki, təkcə Pentaqon üçün nəzərdə tutulan maliyyələşməyə Ukrayna və İsrailə yardım daxil olmayacaq.

Oxşar xəbərlər

Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Pentaqonun müqavilə xərcləri 2023-cü maliyyə ilində 431,4 milyard dollar olub
Pentaqon ötən il 200-dən çox nüvə silahı alıb
Lloyd Ostin: Rusiya Ukrayna ilə müharibəyə 200 milyard dollar xərcləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər